• 20 Aprel 2024
logo
İnsident: Qətər əmiri Çexiyaya səfərini yarımçıq dayandırdı

İnsident: Qətər əmiri Çexiyaya səfərini yarımçıq dayandırdı

Prezident Miloş Zemanın dəvəti ilə Çexiyaya gələn Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani üç günlük səfərini vaxtından əvvəl yarımçıq dayandırıb və Praqanı tərk edib.

Baymedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, səfərin vaxtından əvvəl başa çatmasına səbəb Çexiya Xarici İşlər Nazirliyinin əmirin irəli sürdüyü tələbləri təmin edə bilməməsi olub.

Qeyd edək ki, Əmirin səfəri Çexiya-Qətər münasibətləri tarixində ilk səfər idi.