• 26 Aprel 2024
logo
Ukraynada İran istehsalı olan 6 PUA vuruldu

Ukraynada İran istehsalı olan 6 PUA vuruldu

Oktyabrın 5-nə keçən gecə Ukrayna səmasında İran istehsalı olan 6 PUA vurulub.
Baymedia.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Oktyabrın 5-nə keçən gecə Rusiya işğalçı qüvvələri “Şahid-136” kamikadze pilotsuz uçan aparatları ilə Ukraynaya hücum edib. Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri rusların Ukraynaya zərbə endirmək üçün istifadə etməyə çalışdıqları altı pilotsuz təyyarəni məhv edib”, - məlumatda deyilir.