• 18 Aprel 2024
logo
Həbsxanada toqquşma: 15 ölü

Həbsxanada toqquşma: 15 ölü

Ekvadorun Kotopahi əyalətində həbsxanada toqquşma baş verib.
Baymedia.az xəbər verir ki, bu barədə "Diario Expreso" qəzeti məlumat yayıb.
Toqquşmalar zamanı azı 15 nəfər öldürülüb, 20 nəfər yaralanıb.
Məlumata görə, polis artıq cəzaçəkmə müəssisəsindəki vəziyyəti nəzarətə götürüb.
Qeyd edək ki, insident narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında ittiham olunan məhbuslardan birinin cəzaçəkmə müəssisəsinin ərazisində öldürülməsindən sonra baş verib.