• 26 Aprel 2024
logo
Kanada elan etdi: İranın 34 vətəndaşı qara siyahıda...

Kanada elan etdi: İranın 34 vətəndaşı qara siyahıda...

Kanada İranın 25 fiziki və 9 hüquqi şəxsinə qarşı sanksiya tətbiq etdiyini elan edib.
Baymedia.az xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Melani Joli məlumat verib.
“Kanada yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar İranda insan haqlarının kobud surətdə pozulmasına, o cümlədən qadınların sistematik təqibinə, Məhsa Əmininin ölümü ilə nəticələnən əxlaq polisinin dəhşətli hərəkətlərinə cavabdır”, - məlumatda qeyd olunub.