• 24 Aprel 2024
logo
KTMT Ukrayna müharibəsinə qatılacaq?

KTMT Ukrayna müharibəsinə qatılacaq?

KTMT-nin Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda iştirakından söhbət gedə bilməz.
Baymedia.az xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.
“Astana beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü, onların suveren bərabərliyi və dinc yanaşı yaşaması prinsiplərindən çıxış edir. KTMT-nin məsuliyyət zonası təşkilata üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış əraziləri ilə aydın şəkildə müəyyən edilir və bu ərazilər daxilində kollektiv təhlükəsizlik təmin edilir. KTMT-nin Rusiya-Ukrayna münaqişəsi zonasında iştirakı məsələsi gündəmdə deyil”, - o bildirib.