• 29 Mart 2024
logo
Xersonda Rusiyanın Su-25 qırıcısı vuruldu

Xersonda Rusiyanın Su-25 qırıcısı vuruldu

Xerson vilayətində Rusiyaya məxsus Su-25 hücum təyyarəsi məhv edilib.
Baymedia.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Hava Komandanlığı məlumat yayıb.
“Oktyabrın 3-də günorta saatlarında Rusiyanın Su-25 hücum təyyarəsi Xerson vilayətinin Berislav rayonunda Cənub Hava Komandanlığının “Xerson” briqadasının bölməsi tərəfindən vurulub”, - məlumatda qeyd olunub.