• 20 Aprel 2024
logo
DB Ukraynaya əlavə 530 milyon dollar göndərir

DB Ukraynaya əlavə 530 milyon dollar göndərir

Dünya Bankı Ukraynaya təcili ehtiyaclarını ödəmək üçün əlavə 530 milyon dollar yardım edəcək.

Baymedia.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Bildirilir ki, sözügedən dəstək əsasən səhiyyə, təhsil və sosial müdafiə kimi sahələr də daxil olmaqla, davamlı ictimai-sosial məsələləri dəstəkləmək məqsədi daşıyır.

Qeyd edək ki, bir müddət əvvəl Dünya Bankı Ukraynaya dəstək üçün bu günə kimi təxminən 11 milyard dolların göndərildiyini açıqlamışdı.