• 26 Aprel 2024
logo
Peskov: ABŞ Türkiyəyə təzyiq göstərir, vəziyyət ağırdır

Peskov: ABŞ Türkiyəyə təzyiq göstərir, vəziyyət ağırdır

Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır, ikinci dərəcəli sanksiyalarla hədələnir, vəziyyət ağırdır.
Baymedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Aydındır ki, banklar və təsərrüfat subyektləri ABŞ-ın güclü təzyiqi altındadır, Türkiyə bank sistemi ikinci dərəcəli sanksiyalarla hədələnir. Türk banklarının “Mir” kartlarına xidmət göstərməyi dayandırması qərarı, təbii ki, təzyiq altında qəbul edilib”, - o bildirib.
O bildirib ki, bu təzyiqə qarşı birgə mübarizə yollarını axtarmaq lazımdır:
“Ən azı, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığa xələl gəlməsin və hər il Türkiyəyə gələn milyonlarla rusiyalı turist bundan məhrum olmasın”.
Qeyd edək ki, Türkiyənin nir neçə bankı Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırdıqlarını açıqlayıb. Bu qərar ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar verilib.