• 26 Aprel 2024
logo
Fərəh Pəhləvidən ÇAĞIRIŞ: "Əllərinizi daha çox qana bulaşdırmayın"

Fərəh Pəhləvidən ÇAĞIRIŞ: "Əllərinizi daha çox qana bulaşdırmayın" - FOTO

“İranda ordu və təhlükəsizlik qüvvələri öz həmvətənlərini təqib etməyi və onların qanını tökməyi dayandırmalıdır”.
Baymedia.az xəbər verir ki, bunu sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi yaydığı müraciətdə qeyd edib.
“Mən bir ana adı ilə bütün polis qüvvələrinə, orduya, SEPAH, “bəsicilərə”, mülki geyimli hökumət güvvələrinə və hər hansı düşüncəyə sahib olan digərlərindən xahiş edirəm ki, əllərini öz həmyerli gənclərinin qanına daha çox bulaşdırmasınlar”, - Müraciətdə deyilir.
İranın sonuncu kraliçası etirazçılara da xitabən bildirib: “Narahatlıq və ümidlə mən sizin dastanlarınızı aldanmış qara qüvvələrlə qarşıdurmada, saatbasaat izləyirəm”.
Eyni zamanda, o, müraciətində iranlı etirazçıların cəsarət və fədakarlığını xüsusi qeyd edib.