• 27 Aprel 2024
logo
BMT Talibana rədd cavabı verdi

BMT Talibana rədd cavabı verdi

Əfqanıstandakı hazırkı Taliban hakimiyyəti nümayəndələrinin BMT Baş Assambleyasının 77-ci sessiyasının siyasi müzakirələrində iştirakı rədd edilib.
Baymedia.az xəbər verir ki, bu barədə Taliban nümayəndəsi Məhəmməd Sohail Şahin məlumat verib.
“Taliban nümayəndələri bunu ədalətsiz addım hesab edirlər. Əfqanların BMT Baş Assambleyasındakı nümayəndəsi vasitəsilə dinlənilmək hüququ var”, - o bildirib.