• 4 Oktyabr 2022
logo
Meksikada 6,5 bal gücündə zəlzələ baş verdi

Meksikada 6,5 bal gücündə zəlzələ baş verdi

Bu gün Meksikanın qərbindəki Miçoakan ştatında 6,5 bal gücündə zəlzələ baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Xidməti məlumat yayıb.

"Zəlzələ yerin 80 km dərinliyində baş verib", - məlumatda qeyd edilib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.