• 29 Sentyabr 2022
logo
Jirinovskinin şok proqnozu: Qismən səfərbərlik...

Jirinovskinin şok proqnozu: Qismən səfərbərlik... - Video

Bu ilin aprelində ölən Rusiya Liberal Demokrat Partiyasının keçmiş lideri Vladimir Jirinovskinin illər öncə Rusiya ilə Ukrayna arasında baş verənlərə dair, qismən səfərbərliyin olacağı ilə bağlı çıxışı yayılıb.

Baymedia.az xəbər verir ki, dünən Rusiyada qismən səfərbərliyin elan olunmasından sonra Jirinovskinin çıxışı sosial şəbəkələrdə yenidən paylaşılıb.

“Rusiya ilə Ukrayna arasında müharibə olacaq. Bu, Amerikanın planı olacaq. Çünki onlara müharibə lazımdır. Müharibənin səbəbi isə pul olacaq. Çünki onların pulları banklarda qalıb. Trilyonlarla dolları yatırmağa yer yoxdur. Pulu harasa yatırmaq lazımdır. Əvvəlcə onlar Avropanın harasındasa müharibə planlayacaq. Silahlandırma başlayacaq. Hər yer dağılandan sonra onlar həmin dövlətlərin yenidən qurulmasına pullar yatıracaq. Rusiyada qismən səfərbərlik olacaq!”, - Jirinovski çıxışında bildirib.