• 25 Aprel 2024
logo
Putin Lavrovu ABŞ-a göndərir

Putin Lavrovu ABŞ-a göndərir

Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovu sentyabrda BMT Baş Assambleyasında iştirak edəcək nümayəndə heyətinin rəhbəri təyin edib.
Bu barədə Kremlin rəsmi saytında məlumat yayıb.
Nümayəndə heyətinin digər üzvləri arasında Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski də var.