Ukrayna hərbçiləri Xerson vilayətinin Pridneprovski, Xerson və Tokarovkada 3 sursat anbarını məhv ediblər.
Bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.
“Ukrayna aviasiyası Xerson və Kaxovka vilayətlərində düşmənin silah və texnika anbarlarına zərbələr endirib. Raket və artilleriya bölmələri 4 ədəd S-300 zenit-raket kompleksini, 1 “İmbir” radiolokasiya stansiyasını, 82 kalibrli “Vasilek” avtomat minaatanını və doqquz texnikanı məhv edib”,-məlumatda deyilib.