• 20 Aprel 2024
logo
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1582 tankı, 3737 zirehli döyüş maşını, 800 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 186 helikopteri, 2614 avtomobil texnikası və yanacaq çəni, 15 gəmi/kateri, 653 dronu, 61 xüsusi avadanlığı, 144 qanadlı raketi məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 35 870-ə qədər canlı qüvvə itirdiyini bəyan edib.