• 19 Aprel 2024
logo
Stoltenberq: "Finlandiya və İsveçin NATO-ya qəbulu prosesi sürətlə gedir"

Stoltenberq: "Finlandiya və İsveçin NATO-ya qəbulu prosesi sürətlə gedir"

“Düşünürəm ki, Türkiyə, İsveç və Finlandiya arasında imzalanan bu razılaşma çox vacibdir”.
Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Çünki bu razılaşma müttəfiqlər olaraq bizim həmrəyliklə bağlı öhdəliyimizi əks etdirir. Bu, eyni zamanda, İsveç və Finlandiyanın Türkiyə ilə müəyyən məsələlərdə, xüsusilə də informasiya mübadiləsi, ekstradisiya və terrorla mübarizədə daha yaxından əməkdaşlıq etməsinə imkan verəcək”, - Baş katib bildirib.
Onun sözlərinə görə, iyunun 30-da sammit çərçivəsində keçiriləcək sessiyada alyansın cənub qanadında terror məsələsi ilə bağlı müzakirələr aparılacaq və burda Türkiyənin qaldırdığı məsələlər də diqqətə alınacaq.
İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı alyansın Baş katibi vurğulayıb ki, bu proses çox qısa zaman müddətində baş verir. Hansı ki, indiyə qədər belə bir hal baş verməyib:
“Bu gün İsveç və Finlandiyanın NATO üzvlüyünə dəvət olunması ilə bağlı verəcəyimiz qərar düşünürəm ki, indiyə qədər qeydə alınmamış qısa zaman çərçivəsində baş verən haldır. Heç bir üzvlük prosesi bu qədər qısa müddətdə, bir neçə həftə ərzində baş verməyib. Mayın ortalarında iki ölkə üzvlük ərizəsi ilə müraciət etdi və hazırda biz bu ölkələri rəsmi şəkildə dəvət edəcəyik. Təbii ki, bu dəvətdən sonra 30 ölkənin parlamentində bu ratifikasiya olunmalıdır. Bu zaman alır, ancaq mən gözləyirəm ki, bu proses də daha tez baş verəcək”.