• 13 Avqust 2022
logo
Gürcüstanın Lars gömrük-keçid məntəqəsi istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib

Gürcüstanın Lars gömrük-keçid məntəqəsi istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib

Gürcüstanla Rusiya arasında avtomobillərin hərəkəti bərpa olunub.
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
Bildirilib ki, aparılan intensiv işlər nəticəsində Msxeta-Stepantsminda-Lars magistral yolununun 136 kilometrində avtomobillərin hərəkəti bərpa edilib. Qurumun məlumatında qeyd edilib ki, hazırkı mərhələdə nəqliyyat vasitələri müvəqqəti yoldan istifadə edə bilər. Paralel olaraq yolda əsaslı təmir işləri aparılacaq.
Qeyd edək ki, ötən gecə güclü yağışlardan sonra baş vermiş daşqın Rusiya-Gürcüstan sərhədinin neytral zonasında yerləşən yolun zədələnməsi ilə nəticələnib. Nəticədə "Kazbegi" gömrük-keçid məntəqəsi müvəqqəti olaraq bütün əməliyyatları dayandırıb.