Rusiya Ukraynadakı müharibədə qalib gəlməyəcək.
Bunu Almaniya Kansleri Olaf Şolts Davosda Dünya İqtisadi Forumunun sonuncu günündə çıxışında deyib.
O vurğulayıb ki, istənilən sülh razılaşması Rusiya Prezidenti Vladimir Putin tərəfindən diktə edilməməlidir.
“Nə Ukrayna, nə də biz bunu qəbul edəcəyik”, - Şolts bildirib.
Kanslerin sözlərinə görə, böyük nüvə dövləti olan Rusiya özünü elə aparır ki, sanki sərhədləri yenidən cızmaq hüququ var: “Putin o vaxt ciddi müzakirələr aparacaq ki, o, Ukraynanın müdafiəsini yara bilmədiyini başa düşəcək. Biz Putinə bu müharibədə qalib gəlməyə icazə verə bilmərik”.
Almaniya Kansleri diqqətə çatdırıb ki, Vladimir Putin güclünün haqlı olduğu, azadlıq, müqəddəratını müəyyənetmə və suverenliyin hər kəs üçün olmadığı dünya nizamına qayıtmaq istəyir.