Rusiya ilə müsahibə başlayandan Ukrayna sərhədlərini 7,4 milyondan çox insan keçib.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, bu müddət ərzində 2,2 milyon vətəndaş Ukraynaya qayıdıb.
Fevralın 24-dən mayın 24-ə qədər isə ölkəni 4,8 milyondan çox insan tərk edib, onların böyük əksəriyyəti Ukrayna vətəndaşı olub.
Ukraynanın sərhəd xidməti vurğulanan dövr ərzində 38,5 mindən çox humanitar yardım daşıyan nəqliyyat vasitəsini qeydiyyata alıb.