• 28 İyun 2022
logo
Baş katib: “Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb”

Baş katib: “Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb”

Başqa heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb.
Bunu NATO Baş katibi Yens Stoltenberq Davos İqtisadi Forumunda deyib.
O bildirib ki, Türkiyə NATO-nun vacib müttəfiqidir və İŞİD-ə qarşı mübarizədə açar rol oynayıb.
Baş katib əlavə edib ki, strateji mövqedə yerləşən Türkiyə bütün alyans üçün vacibdir.
Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlıqlarının həll edilməsinin vacibliyini qəbul etdiyini deyib.
“Biz oturmalı və irəliyə doğru bir yol tapmalıyıq”, - Stoltenberq vurğulayıb.