Avropa Komissiyası Ukrayna üçün maliyyə yardımın növbəti tranşını ayırıb.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.
“Bu gün biz Ukraynaya Makromaliyyə Yardımı çərçivəsində 600 milyon avroluq yeni tranş ayırırıq”, - o qeyd edib.
Ursula von der Leyenin sözlərinə görə, Aİ Ukraynaya daha çox dəstək verəcək, belə ki, 2022-ci il üçün Ukraynaya 9 milyard avro kredit təklif olunub: “Biz Ukraynanın azad, demokratik ölkə kimi yenidən qurulmasına kömək etmək üçün yenidənqurma platforması üzərində işləyəcəyik”.