• 19 Mart 2024
logo
"ABŞ Gürcüstanın müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır"

"ABŞ Gürcüstanın müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır"

Bunu Gürcüstana səfərə gələn ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin deyib.
"Amerika Birləşmiş Ştatları Gürcüstanın müdafiə qabiliyyətini inkişaf etdirməsinə və Avroatlantik inteqrasiyasını inkişaf etdirməsinə kömək etməkdə qərarlıdır. Burada görüşməyi səbirsizliklə gözləyirəm" ,- Austin Twitter-də yazıb.
Səfər çərçivəsində Pentaqon rəhbəri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və müdafiə naziri Canşer Burculadze ilə danışıqlar aparacaq. Görüşlər zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin, eləcə də regional problemlərin müzakirə edilməsi planlaşdırılır.
Daha əvvəl Pentaqon rəhbərinin Qara dənizin təhlükəsizlik məsələlərini nəzərdən keçirmək üçün Ukrayna, Gürcüstan və Rumıniyaya səfər edəcəyi bildirilmişdi.
Cavid