• 5 Noyabr 2024
logo
ABŞ rus diplomatlarına təzyiqlər edir – Antonov

ABŞ rus diplomatlarına təzyiqlər edir – Antonov

ABŞ-dakı rus diplomatları fiziki zorakılıqla təhdid olunurlar.

Baymedia.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

Onun sözlərinə görə, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkisi ərəfəsində diplomatların ölkədə işləməsi çətinləşir:

“Ölkəmizin rəhbərliyinə qarşı təxribat xarakterli şüar və təhqirlərlə müşayiət olunan aqresiv nümayişlər, diplomatlara, eləcə də şəxsən səfirə fiziki zorakılıqla bağlı təhdidlər bunu təsdiqləyir”.

Antonov əlavə edib ki, Rusiya ABŞ-ın daxili siyasətinə müdaxilə ilə bağlı ​​tez-tez ittihamlar eşidir:

“Lakin Vaşinqton Moskvaya müvafiq sübut təqdim etmir”.