Rusiya və Çini ABŞ-ın düşməni hesab etmirəm.
Baymedia.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Onların düşmən olub-olmadığını bilmirəm. Düşünürəm ki, Çinlə çox yaxşı anlaşacağıq. Məncə, Rusiya ilə də çox yaxşı anlaşacağıq”, - o bildirib.
Tramp əlavə edib ki, seçkidə qalib gəlsə, Ukraynadakı münaqişəni hələ yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən əvvəl həll etmək niyyətindədir.