İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Kəyumərs Heydəri İranın şimal-şərqindəki sərhəd bölgələrinə səfəri zamanı Əfqanıstanla sərhədin təhlükəsizliyinin təmin edilməsi üçün aparılan tikinti işləri ilə tanış olub.
Baymedia.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Heydəri sərhədyanı əraziləri gəzib, quru qoşunları tərəfindən hasarlanma və digər təhlükəsizlik tədbirlərini əhatə edən əməliyyatları müşahidə edib.
Generalın sözlərinə görə, sərhəd layihəsinin başa çatdırılması üçün ordunun quru qoşunları bütün mühəndis resursları ilə təmin ediləcək.