Donald Tramp məğlub olacağı təqdirdə ABŞ-da artıq real seçki olmayacaq.
Baymedia.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask özünün X sosial şəbəkə hesabında yazıb.
“Demokratlar Partiyası liderlərinin açıq məqsədləri təxminən 15 milyon qanunsuz mühaciri mümkün qədər tez leqallaşdırmaq, eyni zamanda on milyonlarla insanı da ölkəyə gətirməkdir. Bu, Kaliforniyada 1986-cı ildə olduğu kimi, dərhal bütün ştatları mavi rəngə çevirəcək (demokratların rəngi - red.) və Amerikanı daimi birpartiyalı dövlət edəcək. Tramp uduzsa, bu, son real seçki olacaq”, - o bildirib.