• 12 Oktyabr 2024
logo
Paşinyan Putin qarşısında geri çəkildi, Çörçilə bənzədildi

Paşinyan Putin qarşısında geri çəkildi, Çörçilə bənzədildi

Ermənistanın Avropa Şurasının Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarını dəstəkləyən sənədə qoşulduğu deyilsə də, hakimiyyət bu iddianı təkzib etdi.

Baymedia.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni jurnalist Hasmik Babacanyan deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın Baş naziri Nikol Paşinyanın yenidən Rusiya oxuna qayıtmağa çalışdığını bir daha göstərir:

“Maraqlıdır, baş nazir “Ukraynaya qarşı təcavüz cinayəti”nə görə xüsusi tribunalın yaradılmasını tələb edən bəyannamə imzalayanda, Putin və digər Kreml rəsmilərinin həbsinə order verilməsini dəstəkləyəndə nə düşünürdü?

Sovet dönəmində Böyük Britaniyanın Baş naziri Uinston Çörçil və SSRİ rəhbəri İosif Stalinin görüşü ilə bağlı bir hekayə yayılmışdı. Məlumata görə, bir iclasın keçirildiyi zalda əyləşən Çörçil insanların Stalini görəndə ayağa qalxıb alqışalamasının səbəbini soruşub və belə bir şey etməyəcəyini deyib. Lakin Stalin zala daxil olduğu an bütün auditoriya ayağa qalxıb və onu alqışla qarşılayıb. SSRİ rəhbərinin gözləri izdihamın arasından Çörçili axtarıb və onun da ayağa qalxdığını görüb. Daha sonra baş nazirdən niyə belə etdiyini soruşanda, “Ayaqlarım məni qalxmağa məcbur elədi, günah məndə deyil”, – cavabını verib.

İndi Rusiya mətbuatı aktiv şəkildə İrəvanın mövqeyinin dəyişməsindən yazır. Paşinyandan soruşsalar ki, o zaman niyə Putinin həbsini dəstəkləyən sənədə imza atmısan, o da əllərinin özündən asılı olmadan bunu etdiyini deyəcək”.