• 14 Sentyabr 2024
logo
Mişaya tapşırıq verildi, müharibə başladı - Bəyanat

Mişaya tapşırıq verildi, müharibə başladı - Bəyanat

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kənardan verilən göstərişlər nəticəsində 2008-ci ilin avqustunda avantürist hərəkətlərə əl atdı və bu da müharibə ilə nəticələndi.

Baymedia.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının Siyasi Şurasının bəyanatında qeyd olunub.

“Gürcüstan cəmiyyətinin əksəriyyəti Saakaşvilinin adekvatlığına haqlı olaraq şübhə edir. Lakin fakt odur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun psixi balanssızlığının nəticəsi deyil, kənardan gələn göstərişlərin və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi”, - bəyanatda bildirilib.