• 15 Oktyabr 2024
logo
Rusiya supermarketi vurdu: ölü və yaralılar var - Foto

Rusiya supermarketi vurdu: ölü və yaralılar var - Foto

Ruslar Donetsk vilayətinin Konstantinovka şəhərində ziyarətçilərin çox olduğu supermarketdə terror aktı törədiblər.

Baymedia.az xəbər verir ki, bunu Donetsk vilayəti dövlət administrasiyasının sədri Vadim Filaşkin deyib.

“2 ölü və 17 yaralı! Bu, Konstantinovkaya hücumla bağlı saat 12:40-a olan operativ məlumatdır”, - o bildirib.

O əlavə edib ki, hücumun yekun nəticələri müəyyənləşdirilir:

“Hadisə yerinə polis, xilasedici, həkim və digər məsul qurumlar cəlb olunublar”.

Qeyd edək ki, “Donbass Operative” Teleqram kanalı daha öncə bildirmişdi ki, “Ekomarket” mağazasına birbaşa zərbə nəticəsində güclü yanğın baş verib.