ABŞ İran və onun Qəzza, Livan və Yəməndəki proksilərinin HƏMAS lideri İsmayıl Haniyənin qisasını almaq üçün yaxın günlərdə İsrailə hücum təhdidlərinə cavab olaraq, Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərməyə hazırlaşır.
Baymedia.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdəki qüvvələri döyüş hazırlığını artırmaq və Tehranın dəstəklədiyi silahlıların təhdidindən İsraili qorumaq üçün lazımi tədbirlər görür.