• 14 İyun 2025
logo
Zelenskidən Baydenin geri çəkilməsinə reaksiya

Zelenskidən Baydenin geri çəkilməsinə reaksiya

Co Baydenin prezident seçkilərindən geri çəkilməsi çətin, lakin güclü qərardır.

Baymedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında yazıb.

“Bu qərara hörmətlə yanaşırıq. Prezident Baydenə hər zaman minnətdar olacağıq”, - Zelenski qeyd edib.

O, həmçinin ABŞ-ın növbəti rəhbərliyinin Ukraynaya Rusiya ilə münaqişədə dəstəyi davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden iyulun 21-də seçki yarışını tərk etdiyini açıqlayıb. O, prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.