• 20 İyun 2025
logo
Kruks ilə bağlı sirlər açılır: Atıcılıq kursundan qovulub...

Kruks ilə bağlı sirlər açılır: Atıcılıq kursundan qovulub...

ABŞ prezidentliyinə namizəd Donald Trampı 125 metr məsafədən nişan alaraq, qulağından yaralayan Tomas Metyu Kruksun əvvəllər də silahlara marağı olduğu üzə çıxıb.

Baymedia.az xəbər verir ki, bu bardə “Deyli Meyl” məlumat yayıb.

Pensilvaniyadakı lisey yoldaşları bildirib ki, o, məktəbin atıcılıq klubuna üzv olmağa çalışıb, ancaq yaxşı atıcı olmadığı üçün qəbul edilməyib:

“Seçimlərdə başqa üzvlərə zərər vuracaq qədər təhlükəli və uğursuz atıcı idi. O, komandaya girə bilmədi və təhlükəli atışlarına görə seçimlərdən kənarlaşdırıldı. Bizə davamlı olaraq məktəbə silah gətirdiyini deyirdi və bu durumdan narahat olurduq”.

Bununla yanaşı, evi və maşınında aparılan axtarışlar zamanı bomba hazırlamaq üçün istifadə edilən materiallar tapıldığına görə Kruksun əvvəllər hərbi xidmət keçdiyi ilə bağlı iddialar yayılıb. Pentaqon rəsmisi isə onun ABŞ ordusunda təlim keçdiyi ilə bağlı hər hansı qeydə rast gəlinmədiyini bəyan edib. Kruksun Trampı vurmaq üçün İstifadə etdiyi AR-15 tipli silahı isə atasına aid olub.

Digər tərəfdən onun Bethel Parkda reabilitasiya mərkəzində işlədiyi müəyyənləşib. Mərkəzdə yaşlı və xəstələrin qidalanmasından məsul olan Kruksun rəhbəri onun keçmişinin təmiz olduğunu və işini düzgün icra etdiyini bildirib.