• 2 İyul 2025
logo
Pxenyan Yapon dənizinə ballistik raketlər atdı

Pxenyan Yapon dənizinə ballistik raketlər atdı

01:38

Şimali Koreya Yapon dənizinə doğru iki ballistik raket atıb.

Baymedia.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, ilk raket yerli vaxtla təxminən 5:05-də buraxılıb və təxminən 600 km, ikincisi isə yerli vaxtla 5:15-də buraxılıb və təxminən 120 km məsafə uçub.

Qeyd edək ki, bir neçə gün öncə də Şimali Koreya Yaponiya dənizinə doğru naməlum ballistik raket atmışdı.