• 28 Mart 2025
logo
Həmədanda 5 gəncin güllələnmiş meyiti tapıldı

Həmədanda 5 gəncin güllələnmiş meyiti tapıldı

Həmədan əyalətinin Rəzən şəhərinin Qızılca kəndi yaxınlığındakı yüksəklikdə 5 gəncin meyiti tapılıb.

Baymedia.az xəbər verir ki, bu barədə Rəzən prokuroru Taha Nəcəfi Ehsan məlumat yayıb.

O, beş nəfərin odlu silahdan açılan atəş nəticəsində qətlə yetirildiklərini deyib.

Prokuror öldürülənlərin kimliklərinin müəyyən edildiyini, hadisə ilə bağlı araşdırma aparıldığını söyləyib.