• 16 İyul 2024
logo
Moskvanın elmi-tədqiqat institutu yanır: 9 nəfər öldü

Moskvanın elmi-tədqiqat institutu yanır: 9 nəfər öldü

17:55

Moskva vilayətinin Fryazino şəhərində Platan Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğının baş verdiyi binada 9 nəfər var.

Yanğın binanın 3 mərtəbəsini bürüyüb.

Teleqram kanallarının yaydığı məlumata görə, binada partlayış baş verib.

İnstitunun nəzdində fəaliyyət göstərən “Nİİ Platan” zavodu Rusiyada elektron şüa cihazları və yarımkeçirici lazerlər, həmçinin maye kristal ekranlar hazırlayır.

Yanğının hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməyib.

***

Elmi-tədqiqat institutundakı yanğın nəticəsində 9 nəfər ölüb.

Bu barədə "Maş" Teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, helikopterlə binanın üzərindən yanğını söndürmək üçün su səpilir.