• 21 İyul 2024
logo
Le Pen: “Makron tezliklə istefa verməli olacaq”

Le Pen: “Makron tezliklə istefa verməli olacaq”

Fransada İntibah Partiyasının populyarlığının azalması fonunda yaranmış siyasi böhranı həll etmək üçün Makron istefa verməli olacaq.

Baymedia.az BFMTV-yə istinadən xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Birlik Partiyasının parlament fraksiyasının sədri Marin Le Pen qeyd edib.

“Mən Makronu istefaya çağırmıram - güc institutlarımıza hörmət edirəm. Amma siyasi blokada və ya böhran baş verəndə üç variant var: kadr dəyişikliyi, ləğv və ya istefa. Belə bir şəraitdə kadr dəyişiklikləri mənim üçün faydalı görünmür; Ona görə də prezidentin qarşısında qalan yeganə seçim siyasi böhrandan çıxmaq imkanı əldə etmək üçün istefa verməkdir” – deyə Le Pen bildirib.

Qeyd edək ki, iyunun 9-da Fransada keçirilən Avropa Parlamentinə seçkilər zamanı Milli Birlik partiyası birinci yeri tutaraq 31 faizdən çox səs toplayıb, İntibah Partiyası isə 14,6 faizlə ikinci yerdə olub.

Tərəfdarlarının məğlubiyyətindən sonra Makron Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası) buraxmaq və növbədənkənar parlament seçkiləri elan etmək qərarına gəlib