• 23 Oktyabr 2024
logo
Kanada səfiri İran XİN-ə çağırıldı

Kanada səfiri İran XİN-ə çağırıldı

Kanadanın SEPAH-ı terror təşkilatı elan etməsi səbəbindən bu ölkənin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Baymedia.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

"Kanadanın SEPAH-la bağlı qəbul etdiyi bu qərar beynəlxalq hüququn prinsip və normalarını pozan zərərli təxribatdır və sadəcə soyqırım rejiminə, terrorçulara, regional sülhün, sabitliyin digər düşmənlərinə hədiyyədir", - İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani sosial şəbəkə hesabında yazıb.

Kanada səfirinə bildirilib ki, Tehran cavab hüququnu özündə saxlayır.