• 23 Oktyabr 2024
logo
Batyaya qarşı gediş: Mirzoyan onunla görüşdü

Batyaya qarşı gediş: Mirzoyan onunla görüşdü

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vilnüsə səfəri çərçivəsində Belarus müxalifətinin keçmiş lideri Svetlana Tixanovskaya ilə görüşüb.

Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Ermənistanla Belarus arasında siyasi böhran yaşanır. Ermənistan Baş naziri Nikol Paşinyan Belarus lideri Aleksandr Lukaşenkonun Şuşaya səfəri və buradakı bəyanatlarını bəhanə edərək, rəsmi Minskə qarşı ittihamlarla çıxış edib və səfirini məsləhətləşmələr üçün geri çağırıb.