• 23 Oktyabr 2024
logo
Putinin Vyetnam səfəri: Sənədlər imzalandı

Putinin Vyetnam səfəri: Sənədlər imzalandı

Rusiya və Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İmzalanan sənədlər arasında təhsil sahəsində əməkdaşlıq, Vyetnamda nüvə texnologiyaları mərkəzinin yaradılması qrafiki haqqında memorandum var.

Tərəflər Vyetnam və Aİİ arasında azad ticarət sazişinin maksimum potensialından istifadə etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Vyetnamda səfərdədir.