• 23 Oktyabr 2024
logo
Ukrayna ilə Gürcüstan arasında bərə reysləri bərpa olunacaq

Ukrayna ilə Gürcüstan arasında bərə reysləri bərpa olunacaq

Ukrayna ilə Gürcüstan arasında bərə reysləri bərpa olunacaq. Səyahət vaxtı təxminən 60 saat olacaq.

Baymedia.az xəbər verir ki, bu barədə “Ukrferry” bərədaşıyıcı şirkətinin saytı məlumat yayıb.

Rusiya-Ukrayna münaqişəsi başlayandan Gürcüstanla bərə əlaqəsi dayandırılıb.

Lakin cədvələ əsasən, Çernomorskdan ilk bərə reysi artıq iyulun 2-nə planlaşdırılır. Marşrut 1989-cu ildə Almaniyada inşa edilmiş Kaunas sərnişin bərəsi ilə həyata keçiriləcək.

Bərə müxtəlif kateqoriyalı kabinlərdə 250 sərnişin oturacağına malikdir. Sərnişinlər restoran, bar, istirahət zonası, video və peyk televiziyası olan salon, həmçinin uşaq guşəsindən istifadə edə bilərlər.

“Gəminin uzunluğu 190 metrdən çox, eni 28 metrdir. Belə ciddi ölçülər fırtınalı şəraitdə aşmağı minimuma endirməyə imkan verir”, - deyə məlumatda bildirilir.