• 23 Oktyabr 2024
logo
Həcc ziyarətində dəhşət: Məkkədə yüzlərlə zəvvar öldü

Həcc ziyarətində dəhşət: Məkkədə yüzlərlə zəvvar öldü

2024.06.19. 15:06

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 577-yə çatıb.

Baymedia.az xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi (AFP) məlumat yayıb.

Adının açıqlanmasını istəməyən iki ərəb diplomatı ölənlərdən ən azı 323-nün Misir vətəndaşı olduğunu bildirib. Onların ölümünün əsas səbəbi şiddətli istilər olub.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ölən zəvvarlardan 60 nəfəri iordaniyalıdır.

Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkə Böyük Məscidində 51,8 dərəcə isti qeydə alıb.

***

Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 922-yə çatıb.

Bu barədə AFP məlumat yayıb.

Ərəb diplomat nəşrə bildirib ki, Misir rəsmiləri 1400 misirli zəvvarın itkin düşməsi, onlardan 600-nün öldüyü barədə məlumat alıb.