• 21 İyul 2024
logo
Rostov türməsindəki qiyamı FTX təşkil edib? – Şok iddia

Rostov türməsindəki qiyamı FTX təşkil edib? – Şok iddia

Xüsusi təyinatlılar Rostovdakı 1 saylı İstintaq Təcridxanasında keçirilən qondarma əməliyyat zamanı 6 məhbusu öldürüblər. Özləri onları silahlandırıb, mobil rabitə ilə təmin ediblər, özləri də öldürüblər ki, məhbusların heç biri bu şouda Penitensiar Xidmətin və FTX əməliyyatçılarının rolundan danışmasın.

Baymedia.az xəbər verir ki, bu iddia ilə “Gulagu.net” Teleqram kanalı çıxış edib.

“FTX və Penitensiar Xidmətin rəhbərlərinin heç biri altı radikal məhkumun İstintaq Yəcridxanasının əməliyyat şöbəsinin əməliyyatçıları və bu dramda əsas girov rolunu oynayan polkovnik Aleksandr Boqmanın köməyi olmadan müəssisədə necə koordinasiya olunduqlarını aydın izah edə bilməyəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün altı məhbus Rostov-Dondakı İstintaq Təcridxanasının əməkdaşlarını girov götürmüşdülər.