• 23 Oktyabr 2024
logo
Azərbaycanlı namizəd kəskin fərqlə irəlidədir - Sorğu

Azərbaycanlı namizəd kəskin fərqlə irəlidədir - Sorğu

Sosial mediada aparılan araşdırma və rəy sorğuları əsasında prezidentliyə namizəd Məsud Pezeşkian və onun əsas rəqibi Səid Cəlilinin əyalətlər üzrə populyarlıq səviyyəsi açıqlanıb.

Baymedia.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Nəticələrdən Məsud Pezeşkianın 31 əyalətin 24-də böyük fərqlə irəlidə olduğu, Səid Cəlilinin isə yalnız 7 əyalətdə nisbi populyarlığa malik olduğu məlum olub.

Azərbaycanlı siyasətçinin Şərqi Azərbaycan əyalətində 72, Qərbi Azərbaycan əyalətində 61, Ərdəbildə 65, Zəncanda isə səslərin 59 faizini toplaya biləcəyi bildirilib.

Başqa 4 namizədin isə bütün əyalətlər üzrə populyarlıq səviyyələri Məsud Pezeşkianla müqayisə edilməyəcək dərəcədə aşağıdır.