• 23 İyun 2024
logo
ATACMS-lara qənaət edilmir: kütləvi hücum... - Narojnıy

ATACMS-lara qənaət edilmir: kütləvi hücum... - Narojnıy

Ukrayna ordusu Krımda Rusiyanın hava hücumundan müdafiə sistemlərini kütləvi şəkildə məhv etməyə davam edir və gələcək zərbələrə hazırlaşır.

Baymedia.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pavel Narojnıy deyib.

“Çoxlu sayda hava hücumundan müdafiə vasitələrinin məhv edildiyini görürük. ATACMS-lara qənaət edilmir, deməli, bu raketlərdən çox verilib. Hər sistemə azı bir ATACMS düşür. Bütün bunlar hazırlıq, aviasiyanın istifadəsi üçün dəhlizin yarılması kimi görünür. Yəni Krıma və Ukraynanın cənubuna kütləvi hücumlara hazırlıq gedir”, - ekspert bildirib.