• 22 İyun 2024
logo
Bu ölkələr Ukraynaya qoşun göndərmək istəyir - KİV

Bu ölkələr Ukraynaya qoşun göndərmək istəyir - KİV

Baltikyanı ölkələrin parlamentariləri Ukrayna Silahlı Qüvvələrinin vəziyyətinin pisləşəcəyi təqdirdə, Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyiblər.

Baymedia.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

“Ötən həftə Tallində keçirilən təhlükəsizlik konfransı zamanı Baltikyanı ölkələrin parlament üzvləri Berlin nümayəndələrini tənqid ediblər. Onların arqumenti belədir: Rusiya Ukraynanın şərqində strateji irəliləyiş əldə etsə, o zaman vəziyyət kəskin şəkildə pisləşə bilər. Siyasətçilər xəbərdarlıq ediblər ki, belə olan halda Baltikyanı ölkələr və Polşa rus qoşunlarının öz sərhədlərinə çatmasını gözləməyəcək, Ukraynaya qoşun göndərəcəklər”, - nəşr bildirib.