• 16 İyun 2024
logo
Baqrat: İrana bağlıyam, çünki... - Etiraf

Baqrat: İrana bağlıyam, çünki... - Etiraf

Qəlbimiz və dualarımız qohumluq hissi ilə İran xalqı və onun dini liderinin yanındadır.

Baymedia.az xəbər verir ki, bunu “Vətən adına Tavuş” revanşist hərəkatının rəhbəri keşiş Baqrat Qalstanyan Rəisiyə görə başsağlığı vermək üçün İranın İrəvandakı səfirliyini ziyarət edərkən deyib.

“İran Ermənistan üçün dost ölkədir. Şəxsi müstəvidə qohumluq hissim həm də ailəmin İrandan Ermənistana köçməsi ilə bağlıdır. Ailəm İranın qayğısını özündə yaşatdı və bu qohumluq hissi heç vaxt yox olmadı. Ermənistan-İran münasibətlərinə xələl gətirə və ya təsir edə biləcək təhdidlər zərərsizləşdirilməlidir. Bu əlaqələri dərinləşdirmək və inkişaf etdirmək lazımdır”, - keşiş bildirib.

Qeyd edək ki, baş nazirliyə iddia edən Baqrat artıq özünü “lider” kimi aparmağa başlayıb və Ermənistana təsir edə bilən ölkələrin dəstəyini almağa çalışır.

O ki qaldı Baqratın ailəsinin İrandan köçüb gəldiyini etiraf etməsinə, əslində bu, 1828-ci il Türkmənçay müqaviləsindən sonra Çar Rusiyasının başlatdığı və Azərbaycanla Türkiyənin birbaşa sərhəd olmasına qarşı apardığı siyasətin nəticəsidir. 1829-cu ildən başlayaraq, ermənilər kütləvi şəkildə İrandan İrəvana və Qarabağa köçürüldü və Azərbaycanın qərb torpaqları hesabına bu miqrantlara dövlət quruldu. Bu baxımdan hazırkı Ermənistanda yaşayanların hamısı İrandan, Hindistandan köçürülənlərdir və İranla qohumluqları şübhəsizdir.