• 15 İyun 2024
logo
Rusiya bu səbəbdən hücumu tezləşdirdi

Rusiya bu səbəbdən hücumu tezləşdirdi

Rusiya planlaşdırılan vaxtdan əvvəl Ukraynaya ikinci hücuma keçməyə məcbur olub. Bu, ABŞ-dan Ukraynaya yardımın bərpası ilə bağlıdır.

Baymedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.

Məlumata görə, rus qoşunları mayın 10-da Xarkov vilayətinin şimalında Rusiya-Ukrayna sərhədi boyunca məhdud hücum əməliyyatlarına başlayıb:

“Çox güman ki, onlar ABŞ-ın yeni təhlükəsizlik yardımı səbəbindən planlaşdırıldığından daha tez hücuma keçməyə məcbur olublar. Rusiya qüvvələri Xarkovdan şimala və şimal-şərqə ağır piyada hücumları həyata keçirmək üçün məhdud sayda şəxsi heyət ayırıb. Artıq mayın 14-də Xarkov vilayətinin şimalında Rusiyanın hücum əməliyyatlarının tempi səngiməyə başlayıb. Görünür, Rusiya qüvvələri Xarkov bölgəsinə daha dərindən müdaxilə etməkdənsə, beynəlxalq sərhəddə “bufer zona”nın yaradılmasına üstünlük verirlər”.