• 20 May 2024
logo
Peskov təsdiqlədi: Rus sərhədçilər Ermənistandan çıxır

Peskov təsdiqlədi: Rus sərhədçilər Ermənistandan çıxır

Vladimir Putin və Nikol Paşinyan Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə razılığa gəliblər.

Baymedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Buna baxmayaraq, Ermənistan tərəfinin xahişi ilə rus sərhədçilər İran və Türkiyə ilə sərhədi qorumağa davam edəcəklər", - Peskov əlavə edib.

Qeyd edək ki, ötən gün Ermənistanın hökumətyönlü "Baqramyan" kanalı Putinlə Paşinyan arasındakı görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanını, eyni zamanda bu ölkənin Qərbi Zəngəzur, Dərələyəz, Göyçə, Ararat, Tavuşdakı məntəqələrindən çıxarılmasını razılaşdırdıqları haqda məlumat yaymışdı.