• 18 May 2024
logo
Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır

Deyəsən, etiraz nəhayət Tavuşdan kənara da yayılıb.

Baymedia.az xəbər verir ki, bu barədə “Ermənistan” blokunun deputatı Kristin Vardanyan sosial şəbəkə hesabında yazıb.

“İndi vətəndaşlar Tavuşda etiraz aksiyası keçirən soydaşlarına dəstək əlaməti olaraq Şirak rayonunun Orom kəndinin kəsişməsində İrəvan-Gümrü yolunu bağlayıblar. Bu yol həm də Ermənistan-Gürcüstan alternativ dövlətlərarası marşrutunun bir hissəsidir. Nəzərinizə çatdırım ki, Kirants hissəsində bir neçə gündür əsas yol bağlanıb”.

Qeyd edək ki, İrəvan-Mehri, İrəvan-Göyçə yollarının, o cümlədən İrəvan şəhərində bəzi küçələrin etirazçılar tərəfindən bağlanmasına cəhd edilir.