• 5 May 2024
logo
Çexiyanın müdafiə heyəti Ermənistan MN-də

Çexiyanın müdafiə heyəti Ermənistan MN-də

Aprelin 22-də Çexiya Müdafiə Nazirliyinin sənaye əməkdaşlıq agentliyinin baş direktoru Radka Konderlovanın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan Müdafiə Nazirliyində olub.

Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, nümayəndə heyətinin tərkibinə Çexiyanın hərbi-sənaye şirkətlərinin nümayəndələri də daxil idi:

“Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan ilə görüşdə İrəvan və Praqa arasında hərbi-texniki əməkdaşlığın gedişatı və inkişaf perspektivləri müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub”.